Suraxanıda dəhşət YAŞANDI
    • 8-05-2020, 00:19
    • 834

Suraxanıda dəhşət YAŞANDI

Bakının Suraxanı rayonunda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, qəza Yeni Suraxanı qəsəbəsində baş verib.

İki nəqliyyat vasitəsinin toqquşması zamanı 1959-cu il təvəllüdlü Hüseynov Qüdrət Əsgər oğlu, 1985-ci il təvəllüdlü Mehdiyeva Səbinə Asəf qızı və 22 yaşlı Bəkirov Vahid Sənan oğlu xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.