Xəstəxanaya aparılan hamilə qadın öldü - Yeniləndi

Xəstəxanaya aparılan hamilə qadın öldü - Yeniləndi Hadisə

Xəbər verdiyimiz kimi, Masallıda 32 yaşlı hamilə qadın ölüb.

News24.az-a verilən məlumata görə,  29.09.2025-ci il tarixində saat 07:00 radələrində 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib. Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib.


***

Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, sentyabrın 29-u saat 07 radələrində Yardımlının Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyi ilə əlaqədar Masallıdakı xəstəxanaya çatdırılıb. Lakin bir qədər sonra qadın orada vəfat edib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)