Vado Karovin: "Cabir əvəzolunmaz insan idi"

Vado Karovin: "Cabir əvəzolunmaz insan idi" Gündəm

"Cabir tək səhnədə yox, həyatda da çox istedadlı idi. Məktəbdə oxuyanda onun ən sevimli dərsi Əmək dərsi idi. Bizim çox ciddi müəllimiz var idi. Cabir onun sevimlisi idi. O, maşın həvəskarı idi.  Onun Ağanatiq obrazının uğurlu olması buradan qaynaqlanırdı".

News24.az xəbər verir ki, bu sözləri "Space" telekanalının rəhbəri, Cabir İmanovun sənət dostu onunla vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Cabir İmanov təkrarsız sənətkar, əvəzolunmaz dost idi: 

"Deyirlər, əvəzolunmaz insan yoxdur. Amma Cabir təkrarlanmaz idi.  Əlbəttə, onu heç kim əvəz edə bilməz".