Rus ordusu Moldovadan bu halda çıxarılacaq - Sandu açıqladı
Dünya
Moldova prezidenti Maia Sandu Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılması ilə bağlı mövqeyini açıqlayıb.
News24.az xəbər verir ki, onun sözlərini “Newsmaker” yayıb. Sandu bildirib ki, əsas məqsəd bu məsələnin sülh yolu ilə həll edilməsidir:
“Rusiya ordusunun ərazimizi sülh yolu ilə tərk etməsi üçün həll yolu tapmalıyıq”.
Dövlət başçısının sözlərinə görə, Moldovanın hakimiyyəti regionun reinteqrasiyası üçün iqtisadi plan hazırlayıb. Bu planın məqsədi Dnestryanı bölgənin sakinlərinə Moldovada həyat səviyyəsinin daha yüksək olduğunu göstərmək və onların reinteqrasiya prosesinə marağını artırmaqdır.
Aqil Qarayev