-
- 16-08-2018, 15:30
- 1 850
Dəniz qoxusu, azan səsləri və sevgisi ilə qucaq açan İstanbul- REPORTAJ - VİDEO
Liatris Travelin təşkilatçılığı ilə yollandığım səyahət təəssüratını news24.az oxucuları ilə bölüşürəm.
Bəlkə də bir çoxumuz üçün İstanbul xəyal etdiyimiz şəhər deyil. Axı, bizim üçün qardaş ölkəyə səfər etmək xüsusi çətinlik tələb etmir. Lakin, bura düşərkən 5 dəqiqə kifayət edir ki, bu fikirdən daşınasan. İstanbul qəlbinə çox tez daxil olur, qağayıların səsi, qızarmış şabalıd, hətta balıqların qoxusu ilə… Bu şəhər baş gicəlləndirir. Burada mütləq bir sehr var!
İstanbul— Türkiyənin ən böyük şəhəri, dəniz limanı, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzidir.
Bu şəhər Roma, Bizans və Osmanlı İmperiyalarının paytaxtı olub. Şəhər iqtisadi böyüklüyünə görə dünyada 7-ci, əhali baxımından bələdiyyə sərhədlərinə görə hesablasaq, Avropada ilk sırada gəlir.
İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca, Haliçi də çevrələyəcək şəkildə qurulub.
Bura qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avrupa Yakası və ya Rumeli Yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası və ya Asya Yakası deyilir.
Gözəlliyi və ecazkarlığı ilə yanaşı, İstanbul həm də maliyyə tələb edən şəhərdir. Burada ümumi nəqliyyatın istifadəsi Azərbaycandan gələn turistlərə sərf etməyə bilər. Çünki, bizim pulla müqayisədə təxminən 2-3 dəfə bahadır. Burada metro düşündüyünüz qədər ucuz başa gəlmir. Çünki burada "bir dəfə pul ödədim, istədiyim istiqamətə gedəcəm" kimi bir anlayış yoxdur.
İstanbul metrosunda istifadə edəcəyiniz hər keçiddə pul ödəməli olacaqsınız. Bir sözlə, metro sizin üçün rahatulğum gəlməsin…
Atatürk Havalimanından metroya daxil olsanız, bir necə dollar xərcləməli olacaqsınız. Bir istiqamətin qiyməti 2.60 lirə, bizim milli valyutamızla təxminən 65-70 qəpik edir. Hava limanından mərkəzə ən yaxşı halda 2 dəfə keçid dəyişməklə çata bilərsiniz. Qarşı tərəfə metro ilə gəlmək üçün, 4-5 keçiddən istifadə etməlisiniz. Hər birində də 2.60 türk lirəsı xərcləyəcəksiniz. Yeri gəlmişkən, burada metro Marmaris dənizinin altından da keçir. O istiqamətdə hərəkət edən zaman dənizin xüsusi qoxusunu sanki dadırsan.
Avtobuslarda da qiymət baxımında vəziyyət eynidir. Şəhər içi bir istiqamətin qiyməti 2.60-dır. Hava limanından Taksimə isə adambaşı 12 lirədir. Yaka dəyişəcəyiniz halda qiymət 2 dəfə bahadır. Gəmi ilə yaka dəyişmək istəyənlər üçün isə gediş haqqı bir istiqamətə 3 lira edir. Taksi ilə getmək istəyənlər isə hava limanından mərkəzə 150-200 lira ödəyəcəklər.
İstanbul iki hissəyə bölünmüş füsünkar bir şəhərdir. Avropa yakası nə qədər müasir və səs-küylüdürsə, Asiya tərəf bir o qədər də sakit və hüzur doludur. Bu şəhərdə pulununuz çox və ya az olması, zövqünüzü korlamayacaq. Cibiniz boş qalsa belə, boğazın mənzərəsi hər şeyi unutduracaq gücdədir.
Şəhərin hər tərəfindən eşidilən Azan səsi, 90 min məsçidi və türk xalqının xüsusi inancları sizi dini ab-havaya salacaq.
Bir də, küçə mədəniyyətini görməmək olmaz. İnsanları olduqca mehriban, biri-birinə “bacı-qardaş” deyə müraciət edən millətin nümayəndələridir. Hər addımbaşı müxtəlif kafe, restoranlar var. Küçə boyu qoxusu yayılan türk qəhvəsi isə təkrarolunmazdır.
Bu şəhərin ritmi küçə musiqisi ilə döyünür. Eminönü sahilinə düşərkən ən müxtəlif musiqi alətlərində səslənən mahnılar biri-birini tamamlayır. Taksimə doğru yol alarkən, Galata körpüsünün altından keçib, çörəkarası balıq da dada bilərsiniz. Axı İstanbulda ən bahalı çörəkarası balıq məhz buradadır. Digər restoranlarda 5-7 lirdırsə, burada 12 tl-dir.
Bir də Galata gülləsi var bu şəhərin. Hər kəsin şəklini çəkməyə çalışdığı, ətrafına böyük maraqla toplaşdığı həmin o Galata…
Ümumiyyətlə, İstanbulda gəziləsi-görüləsi, lap xəyal da ediləsi o qədər yerlər var ki. Topkapı, Sultan Ahmet Camisi, Taksim Meydanı, Dolmabahçe Sarayı və təbii ki, əsrarəngiz körpülər…
Bu nağıl kimi şəhər haqda o qədər danışmaq, anlatmaq olar ki. Lakin, İstanbulu canlı görmək tam başqa bir sehrdir.
İstanbul mavi şəhərdir. O, bu rəngi hər xəyal dünyası dənizə borcludur.
İstanbula Azərbaycan Hava Yolları ilə gediş-gəlişi Liatris Traveldən təxminən 400-500 AZN-ə əldə edə bilərsiz.
Əlaqə nömrələri *1777, +99412 4981777, +994552601777
Türkan Məmmədli
Video Adil Ağayev