-
- 11-09-2019, 13:14
- 758
Əli Əhmədov Sərdar Cəlaloğluna İRAD TUTDU
"Heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz. Onlar yalnız müşahidə apara bilərlər, kiminsə seçilməsi ilə bağlı məsələlərə müdaxilə etməyə ixtiyarları yoxdur".
News24.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışına münasibət bildirərkən deyib.
O, S. Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib, ona bilmədiyi məsələlərdən danışmamağı tövsiyə edib.
"Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən? Bilmədiyin halda, niyə ağlına gələn bəyanatlarla çıxış edirsən? Bizdə də "Dostluq" ordeni var. Rusiyada da, həmçinin, bu ənənə davam edir. Dövlətlər və ölkələrarası münasibətlərə töhfəyə görə verilir. Qeyri-ciddi fikirlər səsləndirməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?", - deyə Ə. Əhmədov bildirib.
Qeyd edək ki, S. Cəlaloğlu tədbirdə çıxışı zamanı deyib ki, beynəlxalq hüquqa görə, xarici təşkilatların ölkədə seçki prosesinə müdaxiləsinə imkan verilməlidir.
Azərbaycanın bəzi siyasətçilərinin Rusiyanın "Dostluq" Ordeni ilə təltif olunmasını anlamadığını bildirən S. Cəlaloğlu N. Patruşevin səfərinə də toxunub, Rusiyanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirib. //APA