"Bu islahatlar gələcəkdə də davam etdiriləcək" - Əli Əhmədov
    • 28-11-2019, 15:21
    • 1 104

"Bu islahatlar gələcəkdə də davam etdiriləcək" - Əli Əhmədov

“Cəmiyyətdə həyata keçirilən islahatlar həyatımız bir sıra sahələrini əhatə edir”.

News24.az-ın məlumatına görə, bun bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, 2019-cu ili Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”. //APA/