Nərimanovda  6 otaqlı ev YANIR
    • 11-09-2019, 13:26
    • 860

Nərimanovda 6 otaqlı ev YANIR

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 98 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.