Bakının mərkəzində sərxoş halda yıxılan 45 yaşlı kişi öldü

Bakının mərkəzində sərxoş halda yıxılan 45 yaşlı kişi öldü Hadisə

Bakının mərkəzi küçələrindən birində bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, Xətai rayonu Xocalı prospekti 21-in qarşısında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Aleksandr Qenadiyeviç Jurov sərxoş vəziyyətdə yıxılıb.

Metronun “Xətai” stansiyası yaxınlığında yıxılan şəxs xəstəxanaya yerləşdirilib, lakin A.Jurov dünən günorta vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Yaşar Araz