Əsgər ölümü ilə bağlı cinayət işi başlanıldı

Əsgər ölümü ilə bağlı cinayət işi başlanıldı Hadisə

Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.

Hərbi Prokurorluqdan News24.az-a verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilmiş, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı HP da cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.