Yayılan siyahıda Türkiyənin də adı var: - İlk dəfə...
Dünya
Londonda yerləşən "Times Higher Education" (THE) təşkilatı dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən biri sayılan 2026-cı il Dünya Universitetləri Reytinqini açıqlayıb.
News24.az xəbər verir ki, siyahıda bu dəfə Türkiyədən 109 universitet yer alıb, bu da ölkə üçün yeni rekord göstəricidir.
Bu nəticə ilə Türkiyə Asiyada Hindistan (128 universitet) və Yaponiyadan (115 universitet) sonra ən çox təmsil olunan üçüncü ölkə olub.
Reytinqdə ən yüksək pilləni Koç Universiteti tutur. O, 301–350 aralığında qərarlaşıb və ölkənin ən yaxşı göstəricisinə imza atıb.
Aqil