Ramiz Quliyevin ölüm səbəbi açıqlandı

Ramiz Quliyevin ölüm səbəbi açıqlandı Sosial

Xəbər verdiyimiz kimi, görkəmli Xalq artisti Ramiz Quliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

News24.az xəbər verir ki, Xalq artistinin oğlu Əməkdar artist Eyyub Quliyev atasının hansı xəstəlikdən vəfat etdiyini açıqlayıb. Onun sözlərinə görə, son dövrdə Ramiz Quliyev müəyyən xroniki xəstəliklərdən əziyyət çəkib:

"Bir neçə il bundan öncə insult keçirmişdi və digər problemləri də var idi. Amma ən əsası son dövrdə böyrəyi ilə bağlı narahatlıqları var idi. Böyrək çatışmazlığından əziyyət çəkirdi".

Qeyd edək ki, hazırda Ramiz Quliyevin cənazəsi Göy məsciddədir. (baku.tv)