Narkotik becərən Sabirabad sakini SAXLANILDI
    • 12-09-2019, 12:42
    • 799

Narkotik becərən Sabirabad sakini SAXLANILDI

Sabirabad sakinindən narkotik götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Yaxa Dəllək kənd sakini Qulyar Cahangirov saxlanılıb.

PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.