Ermənistan Azərbaycan və Türkiyə arasında tranzitə hazırdır

Ermənistan Azərbaycan və Türkiyə arasında tranzitə hazırdır Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır. 

News24.az xəbər verir ki, bu barədə o, Tbilisidə keçirilən V “İpək Yolu” Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

“Biz yalnız siyasi deyil, həm də texniki baxımdan bu gündən etibarən Türkiyədən Azərbaycana və əks istiqamətdə, Ermənistan ərazisindən keçməklə yük avtomobillərinin tranzitini təmin etməyə hazırıq", - deyə Ermənistanın Baş naziri qeyd edib.

Bundan əlavə, Paşinyan bildirib ki, gələcəkdə Ermənistan ərazisindən həm Azərbaycanın Naxçıvan bölgəsinə, həm də Azərbaycan-Ermənistan-Türkiyə istiqamətində boru kəmərləri və elektrik xətləri çəkiləcək". (caliber.az)