Cümə günü, ayın 13-ü niyə qorxuludur?
    • 12-09-2019, 23:20
    • 1 060

Cümə günü, ayın 13-ü niyə qorxuludur?

İlin ən müəmmalı və sirli günlərdən biri cümə, ayın 13-ü sayılır. 13 rəqəmi onsuz da çox sayda insanlara xurafatçı xof yaradır, hələ üstəlik ayın 13-ü cümə gününə düşürsə, inanclara görə, uğursuzluqlara uğramamaq üçün, mühüm qərarları bu gündə qəbul etməmək, bəbdəxt hadisələrdən qorunmaq lazımdır. 
Tarixdə bu günlə bağlı çox sayda hadisələr mövcuddur. News24.az onları təqdim edir.

Bu günün uğursuz olmasını bir neçə versiya ilə əsaslandırırlar - Adəm və Həvva məhz belə gündə cənnətdən qovulublar, başqa bir versiyaya görə isə qatil Aveli cümə, ayın 13-ü öldürüb.

Meteoroloqlar bildirirlər ki, məhz bu gündə daha çox təbii kataklizmlər baş verir: Zəlzələlər, sellər və dumanlı hava şəraiti. Təyyarə qəzası və avtomobil qəzaları kimi bədbəxt hadisələrin sayı cümə günü, ayın 13-də təxminən 60% artır, bunu sığorta şirkətləri bildirirlər. Və bu, artıq təsdiqini tapmış bir faktdır. İngiltərədə indiyə qədər fikir mövcuddur ki, ayın 13-ü, özü də cümə gününə düşürsə, dənizə çıxmaq olmaz. XVIII əsrin sonunda bu xurafat o qədər geniş yayılmışdı ki, İngiltərə hökuməti artıq bunun mənasızlığını sübut etmək qərarına gəlib. "Cümə, 13" adlı gəmi inşa edib. Gəminin suya ilk çıxışı da cümə günü, ayın 13-ü olub. Amma taleyin acı istehzası: Gəmi komandası ilə birlikdə itkin düşüb.

Britaniyada cümə günü ayın 13-dən dənizçilərdən başqa, cərrahlar da qorxurlar. Onlardan bəziləri təyin olunmuş əməliyyatları bu gün ləğv edir. Britaniyalı həkimlər əmindirlər ki, ayın 13-də, cümə günü, uğursuzluq riski 50 faiz artır.

Cümə günü, ayın 13-də İndiana ştatında (ABŞ) qanunlara görə, qara pişik sahibləri öz heyvanlarını küçəyə buraxarkən, boynuna zınqırov salmalıdırlar. ABŞ-da cümə gününə düşən ayın 13-dən başqa, həm də 13 rəqəmindən qorxurlar. Belə ki, çoxmərtəbəli evlərin təxminən 80%-ində on üçüncü mərtəbə yoxdur. Bir çox hava limanlarında eniş üçün 13-ci zolaq yoxdur. Xəstəxanalarda və mehmanxanalarda isə on üçüncü palata və ya nömrələrin olmamasına tez-tez rast gəlinir.

Lakin daha çox cümə, ayın 13-ündən elektron poçt istifadəçilərinin çəkinməsinə dəyər. Virus təhlükəsi baxımından "qara cümə" bu yaxınlaradək ən təhlükəli sayılırdı. Kompyüter erasının "başlanğıcında" bu günə kompyüter istifadəçiləri həqiqətən qəribə zəiflik bəsləyirdilər. Məhz buna görə də bəzi istifadəçilər cümə günü, ayın 13-ü, ümumiyyətlə, öz kompüterlərinə daxil olmurdular. Bu, əlbəttə ki, ifratdır, lakin istifadəçilərin qorxmağına səbəb var idi. "Time" adı ilə də tanınan "Jerusalem" ilk internet virusu ilə dünyanın bir çox firma və universitetlər, 1988-ci il mayın 13-ü, cümə günü "tanış olublar" - bu gün onların buraxılması ilə fayllar məhv edilib. Bu, ilk MS-DOS viruslarından biri idi, zamanında Avropada, Amerikada və Şərqdə pandemiyalara səbəb olmuşdu.

Apollo 13 kosmik aparatı 1970-ci il aprelin 11-də mərkəzi standart vaxt ilə saat 13:13-da səmaya buraxılıb. Aprelin 13-də kosmik gəmidə partlayış baş verib(cümə günü olmasa da). Yeri gəlmişkən, heyət Yerə qayıda bilib.

Bankların və qatarların uğursuz soyğunçusu kimi məşhurlaşmış Budç Kessedi cümə günü 1866-ci il aprel ayının 13-da anadan olub. Fidel Kastro da cümə gününə düşən 1926-cı il, avqustun 13-ü dünyaya gəlib.

ABŞ prezidenti Franklin Ruzvelt heç vaxt ayın 13-də səfərə çıxmırdı və rəsmi görüşləri ayın 13-nə salmırdı. 13 rəqəmindən Herbert Quvert və Napoleonun da qorxması məlumdur. Bir dəfə Mark Tven bir tədbirə dəvət olunmuş 13-cü qonaq olub. Dostu ona getməməyi məsləhət görsə də, Tven onu dinləməyib. Sonralar yazıçı bu axşam haqqında yarızarafatla belə xatırlayırmış : "Mənim bəxtim o qədər də gətirmədi. Yeməklər yalnız 12 nəfər üçün nəzərdə tutulmuşdu".

Vudro Vilson 13 rəqəmini özünün xoşbəxt rəqəmi sayırmış, lakin statistika onun tərəfində deyil. O, Normandiyaya (Fransa) sülh danışıqları üçün 1918-ci il dekabrın 13-də gəlib, ancaq ABŞ-a qayıdandan sonra məlum olub ki, Konqres sənədi imzalamaqdan imtina edib. Və sonda, qeyd edək ki, Londonda məşhur "Ekssentrik Klub" var. Onun üzvləri hər ay ayın 13-də görüşlər keçirirlər, müxtəlif ekstremal təhlükəli hərəkət edirlər. Hələlik bütün üzvlərin sağ olduğunu deyirlər...