4 rayonda qaz verilişi dayandırıldı
    • 13-09-2019, 09:49
    • 691

4 rayonda qaz verilişi dayandırıldı

Bu gün saat 09:00 Qaz İxrac İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri ilə əlaqədar Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

“Azəriqaz" İstehsalat Birliyindən  News24.az-a verilən məlumata görə, orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsində və aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq edilib.

Afaq Mirayiq