Biləsuvarda avtomobil qaz xəttini zədələdi
    • 13-09-2019, 10:12
    • 671

Biləsuvarda avtomobil qaz xəttini zədələdi

Biləsuvar rayonunda M. İbrahimov küçəsində diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.

“Azəriqaz”dan News24.az-a verilən məlumata görə, hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib. Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadı istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.

Afaq Mirayiq