Azərbaycanda tanınmış vəkili güllələyərək öldürən şəxs SAXLANILDI
    • 13-09-2019, 10:31
    • 855

Azərbaycanda tanınmış vəkili güllələyərək öldürən şəxs SAXLANILDI

Tovuzda vəkili güllələyən şəxs tutulub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu saxlanılıb.

F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. Bu barədə kollegiyadan bildirib.

Məlumata görə, Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.

/apa.az/