-
- 13-09-2019, 15:35
- 926
Sabiq məhkəmə sədrinin qətlinin istintaqını Baş Prokurorluq aparacaq - RƏSMİ
Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatıqladaq ki, bu gün səhər saatlarında Tovuz rayon Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Əli Şəmiyev Firudin Ələkbərlini güllələyib. F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Şəmiyev polisə könüllü təslim olub.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.
Qeyd edək ki, qətlə yetirilən Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.