-
- 13-09-2019, 14:26
- 899
Kaliforniya Universitetinin mütəxəssisi ATU-nun qonağı olub
Bu günlərdə Kaliforniya Universitetinin Diş həkimliyi məktəbinin Təcrübə qruplarının rəhbəri Dr. Mitra Simanian Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
ATU-nun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, implantologiya ve kosmetik stomatologiya üzrə mütəxəssis M.Simanian əsasən ATU-nun Tədris Stomatoloji Klinikasının fəaliyyəti ilə tanış olub. Görüşdə ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Alqış Səfərov qonağa rəhbərlik etdiyi müəssisənin işi haqqında geniş məlumat verdi. Qeyd etdi ki, ATU-nun ilk klinikası olan Stomatoloji Klinikası 138 kabinet və geniş monitorlarla təchiz olunmuş 3 mühazirə zalından ibarətdir. Stomatoloji klinikada 6 kafedradan və 9 şöbə fəlaiyyət göstərir.
A.Səfərov burada tələbələrin təhsili və praktik bilgilər əldə etməsi üçün yaradılan şəraitlə qonağı tanış edib: “Klinikada tələbələrin praktik işlərini aparması üçün geniş tədris-treyninq mərkəzi və fantom tədris kabinetləri yaradılıb. Tələbələr və rezidentlər rahatlıqla burda işləyirlər. Tələbələr müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçir və praktiki vərdişlər əldə edir, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak edirlər. Onlar stomatologiyada istifadə olunan ən son model ləvazimat və materiallardan istifadə edirlər”.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev universitetdə təhsil xarici tələbələr haqqında məlumat verib. Qeyd edib ki, xarici tələbə sayına görə Azərbaycan Tibb Universiteti ölkəmizdə lider mövqedədir: “HAzırda ATU-nun 23 ölkədən 2 minə yaxın əcnəbi tələbəsi var. Universitetimizdə Türkiyədən, İrandan, Gürcüstandan, İraqdan, Böyük Britaniyadan, Rusiyadan, Çindən və digər ölkələrdən tələbələr təhsil alırlar. Onlar arasında qonşu ölkələrdən gələnlər üstünlük təşkil edir”.
Kaliforniya Universitetinin Diş həkimliyi məktəbinin Təcrübə qruplarının rəhbəri Dr. Mitra Simanian qəbul üçün təşəkkürünü bildirib və ATU-nun Tədris Stomotoloji Klinikasında qonaq olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə ATU-nun stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov və ortopedik stomatologoya kefedrasının müdiri, professor Nazim Pənahov da iştirak ediblər.
Görüşdən sonra qonaq ATU-nun Tədris Stomatoloji Klinikası ilə tanış olub, kabinetləri gəzib, tədris-treyninq mərkəzini ziyarət edib.
Afaq Mirayiq