81 yaşlı qadında zəhərli zob əməliyyatı hamını təəccübləndirdi- Azərbaycanda görünməmiş olay
    • 4-09-2019, 13:15
    • 1 727

81 yaşlı qadında zəhərli zob əməliyyatı hamını təəccübləndirdi- Azərbaycanda görünməmiş olay

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti riskli əməliyyat uğurla icra olunub.

Tibb Universitetinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 81 yaşlı xəstə qadında zəhərli zob əməliyyatı keçirilib. 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətov bildirib ki, yaşlı xanım son bir il ərzində zəhərli zobdan dərman müalicəsi alıb. Lakin müalicə effekt verməyib. Xəstədə boğulmalar artıb və tireostatik dərmanların yan təsirləri müşahidə olunub: 

“Digər xəstəxanalarda xanımn yaşına görə əməliyyat riskli sayıldğından, buna razılıq verilməyib. Lakin Tədris Cərrahiyyə Klinikasında xəstənin 81 yaşı olmasına baxmayaraq, planlı olaraq əməliyyata hazırlandı. Avqustun 28-də xəstədə total tiroidektomiya əməliyyatını icra etdik”.

Əməliyyatın uğurla başa çatdığını deyən A.Hümmətov əməliyyatı icra edən həkimlərə və ATU Tədris Cərrahiyyə Klinikasının kollektivinə təşəkkür edib.

Afaq Mirayiq