Bakıda 2 həftə əvvəl qəza törədib qaçan sürücü ƏLƏ KEÇDİ
    • 14-09-2019, 12:29
    • 637

Bakıda 2 həftə əvvəl qəza törədib qaçan sürücü ƏLƏ KEÇDİ

Bakıda yol-nəqliyyat hadisə törədib qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 2-ci PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü  - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.