Göygöldə piyadanı vurub hadisə yerindən QAÇDI
    • 10-01-2020, 13:13
    • 1 034

Göygöldə piyadanı vurub hadisə yerindən QAÇDI

Göygöldə piyadanı vuraraq qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 8-də saat 21 radələrində Göygöl rayonunun Murovdağ qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini M.İsgəndərov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-217030” markalı avtomobilin sürücüsü S.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.