-
- 14-09-2019, 12:49
- 770
Azərbaycan hərbçiləri Almaniyada TƏLİMDƏ
Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.
Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.