Almaniyada təlimdə iştirak edən hərbçilərimiz BAKIYA QAYITDI - FOTO
    • 1-10-2019, 18:56
    • 622

Almaniyada təlimdə iştirak edən hərbçilərimiz BAKIYA QAYITDI - FOTO

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.