Yevlaxda başına təkər düşən qadın öldü
    • 14-09-2019, 22:26
    • 1 139

Yevlaxda başına təkər düşən qadın öldü

Yevlaxda yaşlı qadın ehtiyatsızlıq nəticəsində ölüb.
News24.azxəbər verir ki, hadisə rayonun Kövər kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1949-ci il təvəllüdlü Qöncə Quliyevanın başına divarda asılı olan motosiklet təkəri düşüb. 
Başından ağır xəsarət alan yaşlı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.