Azərbaycanda daha bir ana doğuş zamanı öldü - Yevlaxda
    • 10-11-2019, 11:57
    • 1 009

Azərbaycanda daha bir ana doğuş zamanı öldü - Yevlaxda

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
News24.az xəbər verir ki, hadisə Yevlax rayon Mərkəzi Xəstəxanasında baş verib. 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva qız uşağı dünyaya gətirərkən həyatını itirib.
Dünyaya gələn körpə mərhumun ikinci övladıdır.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.