Qusarda 42 yaşlı qadın özünə od vurdu
    • 25-02-2019, 18:54
    • 1 608

Qusarda 42 yaşlı qadın özünə od vurdu

Qusar rayonunda intihara cəhd faktı qeydə alınıb.

News24.az 
ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çubuqlu kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Elnarə Salahova ağır yanıq xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan qadın müalicə üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.