-
- 15-09-2019, 02:02
- 1 817
Azərbaycanlı kişi ondan boşanan ukraynalı arvadını öldürdü - VİDEO
Azərbaycanlı kişi Ukraynada qətl hadisə törədib.
News24.az “İnformator” portalına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs dünən axşam saatlarında qadının yaşadığı binanın girişində bıçaqlayaraq öldürüb.
Qadın aldığı yaralardan "Təcili yardım gəlmədən keçinib. Kiyev doğumlu mərhumun 23 yaşı var idi.
Mərhumun nənəsinin sözlərinə görə, nəvəsi bir neçə il azərbaycanlı ilə görüşdükdən sonra onunla nikaha daxil olub. Cütlük 6 ay evli qalıb.
Boşanma arvadın təşəbbüsü ilə olub. Bu ayrılıqla barışmayan kişi onu izləməyə davam edib və nəticədə 23 yaşlı keçmiş arvadını öldürüb.
Adı açıqlanmayan şəxs hadisəni törətdikdən sonra qaçıb gizlənib.
Faktla bağlı cinayət işi açılıb. Hazırda həmin şəxs axtarılır. Onun ölkəni tərk etməyə cəhd göstərəcəyi istisna edilmir.
BAKU.WS