Türk ər azərbaycanlı arvadını öldürüb intihar etdi
    • 7-11-2018, 14:45
    • 1 186

Türk ər azərbaycanlı arvadını öldürüb intihar etdi

Türkiyənin Iğdır şəhərində dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, Iğdırın Qaraqoyunlu qəsəbəsi yaxınlığında yaşayan Taner Parlar, azərbaycanlı arvadı Heyran Hüseynovaya atəş açaraq öldürüb.

Dini nikahla evli olduğu  qadını öldürən 35 yaşlı Taner Parlar daha sonra özü də intihar edib.

Hadisə yerində aparılan araşdırmalardan sonra ər və arvadın cəsədləri Ərzurum Ədliyyə İdarəsinin morquna aparılıb.

Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şəlalə Ağayeva