Kalben İbrahim Tatlısesə OD PÜSKÜRDÜ
    • 16-09-2019, 12:45
    • 792

Kalben İbrahim Tatlısesə OD PÜSKÜRDÜ

İbrahim Tatlısesin "Haydi söylə" mahnısı ilə məşhurluq qazanan müğənni Kalben şok açıqlama ilə gündəmə gəlib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertlərin birində dinləyici məhz bu mahnının səsləndirilməsini istəyib. Kalben isə imtina edərək, öz mahnısını oxumaq istədyini bildirib: "İcazə versəniz qadını silahla vuran kişinin mahnısının əvəzinə öz ifalarımdan birini oxuyum". 

Bu sözlər Türkiyə mediasına bomba kimi düşüb. İfaçı isə öz növbəsində açıqlama verərək anlaşılmazlıq olduğunu, belə bir ifadənin səsləndirilmədiyini söyləyib.

Sevda Bayramova