-
- 16-09-2019, 13:28
- 1 092
Azərbaycanda yeni dərs ilinin ilk günü məktəbin TAVANI ÇÖKDÜ - FOTO
Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.
Rayon sakini Rahib İbrahimoğlu News24.az-a verdiyi açıqlamasında bildirib ki, hadisə bir qədər əvvəl rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb. Dərs vaxtı məktəbin tavanı çöküb: «Bu gün ilk dərs günü oldu sevindik, ama Boluslu kənd orta məktəbin qəzalı vəziyyətdə olması heçdə ürəkaçan olmadı. Elə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağının tavanı uçdu. Şükür xəsarət alan olmadı, ama toz-duman bürüdü hər yanı. Bir valideyn kimi, cənab Təhsil naziri Ceyhun Bayramovdan, digər adiyyatı qurumlardan məktəbə baxış keçirib tədbir görülməsini xahiş edirəm”.
Qeyd edim ki, Boluslu kənd orta məktəbi 1967-ci ildə istifadəyə verilib.