Bərdədə təcili yardım maşınının qəzaya uğramasıyla bağlı NAZİRLİKDƏN AÇIQLAMA
    • 16-09-2019, 16:48
    • 1 004

Bərdədə təcili yardım maşınının qəzaya uğramasıyla bağlı NAZİRLİKDƏN AÇIQLAMA

Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.