-
- 17-08-2018, 12:21
- 1 306
Məşhur aparıcının xanımı qisas andı içdi -"Ölən anamın qisası, oğul toyu görməyən bacımın qisası"
"Mən kimsəyə borclu olmağı sevmirəm. Heç sevmirəm. Sənə borcum var, qisas borcum. Ölən anamın qisası, oğul toyu görməyən bacımın qisası, muradına çatmayıb ömrü yarıda qalan gənclərin qisası, körpə balalarını doya-doya sevə bilməyən gəlinlərin qisası, cavan övladlarını torpağa vermiş anaların qisası, ana sevgisini dadmamış anadan yetim qalan körpələrin qisası, bu dünyanın ağı ilə qarasını seçməyə imkan tapmayan balaların qisası. Mən sənə canımı yox, bu qisas borcumu verəcəm".
Bu sözlər xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı, hüquqşünas Zülfiyyə Bayramovaya məxsusdur.
Zülfiyyə xanım əsrin bəlası olan xərçəngə savaş elan edib. O, xəstəliyi məhv edəcəyinə söz verib:
"Allahımın köməyi ilə sən mənimlə nə oyun oynasan da, ürəyimdən Allah sevgisini, dilimdən şükürü ala bilməyəcəksən. Sən şeytana qulluq edib canlar alacaqsan, mən Allahıma güvənib səndən qisasımı alacam. Buna az qalıb, o qisasdan sonra isə hamını sənə qarşı qaldıracam. Beləcə hər kəs səndən öz qisasını alacaq və sən yox olub gedəcəksən. Bir zökəm qədər dəyərin qalmayacaq!"
Zülfiyyə Bayramova bu səhər həyat yoldaşı İlqar Mikayıloğlu ilə birlikdə Türkiyəyə yola düşüb.