Dırnaqlarınız xəstəliyinizdən xəbər verir
    • 16-09-2019, 22:08
    • 2 285

Dırnaqlarınız xəstəliyinizdən xəbər verir

Təbabətdə müxtəlif diaqnostika üsulları var və onlardan biri də onixologiya, yəni dırnaq lövhəciklərinə əsasən aparılan diaqnostikadır. 
News24.az -ın məlumatına görə, onixoloqlar dırnaqların formasında genetikanı unutmur və bildirirlər ki, xroniki alkoqolizmdən əziyyət çəkənlərdə hansı dırnaq forması mövcuddursa, bu, onların uşaqlarına da ötürülür. Buna görə də yeni doğulmuşların dırnaqlarına əsasən onlarda olan xəstəliklərin qazanılmış və ya anadangəlmə olması barədə fikir yürütmək olur. Dırnaqlar təkcə xəstəlikdən deyil, sağalmadan da xəbər verir.
Dırnağın sərtliyi və möhkəmliyi kükürdün çoxluğu ilə əlaqədardır. Hər dırnaq 4-6 aydan sonra tamamilə yenilənir. Dırnaqların rənginə əsasən müəyyən qənaətə gəlmək mümkündür. Məsələn, sarı rəng qaraciyər patologiyaları, parlaq qırmızı eritremiya, bənövşəyi-mavi anadangəlmə ürək qüsurları, göyümtül ürək patologiyaları, ağ böyrəküstü vəz problemləri, qara çiyin arteriyasının trombozu və diabetik qanqrena, boz malyariya, solğun çəhrayı rəng isə sağlamlıqdan xəbər verir. Dırnaq üzərində ağ ləkələr mərkəzi sinir sisteminin, sarı ləkələr beyin fəaliyyətinin pozulmasının, solğun və dırnaq üzərində uzununa şırımlar anemiya, dəmir və digər vitamin çatışmazlığının, rəngsiz dırnaqlar stress və allergiyanın əlamətidir.
Bundan başqa dırnağın forma və strukturuna görə də müəyyən diaqnozlar qoymaq olur. Məsələn, yeyilmiş dırnaq bağırsaqda parazitlərin olması, mineral çatışmazlıq, dırnaqların üçbucaq şəklində olması fəqərə sümükləri və onurğa beynində problemlər, kövrək və asanlıqla sınması dəmir, kalsium, böyrək funksiyasında pozğunluqdan, A və D vitamini çatışmazlığından xəbər verir.