-
- 16-09-2019, 23:31
- 3 063
Yuxu gətirən qidalar hansılardır?
Səhəri diri gözlə açanların problemi, ehtimal ki, şam yeməyi zamanı qəbul etdikləri ərzaq məhsulları ilə əlaqədardır. Aşağıdakı məhsullar möhkəm yuxunu təmin edir.
News24.az Healthyfood.com-a istinadən xəbər verir ki, qızılbalığın tərkibində dokozageksayen turşusu vardır. O, yuxunu tənzimləyən melatoin hormonunun səviyyəsini artırır. Paxlalı bitkilər və digər tərəvəzlər orqanizmi B qrupundan olan vitaminlərlə foli turşusu ilə təmin edir. Bu maddələr orqanizmə yuxunu tənzimləməkdə kömək edir.
Yağsız yoqurt əsl kalsium və maqnium mənbəyidir. Bu iki mineral maddə tez və dərin yuxuya getməyə imkan verir. Bu elementlərin çatışmazlığı əzələ spazmalarına, stresə və yuxusuzluğa səbəb olur.
Bütün göyərtilər kimi, ispanaq da dəmirlə zəngindir. Məhz dəmir ayaqda olan ağrıların qarşısını alır. Ayaqların sızıldamağı çox vaxt yuxunu pozur.