-
- 16-07-2019, 21:33
- 1 785
Sümüklərinizin möhkəmlənməsi və inkişafı üçün -Bunları yeyin!
Uzun müddət hesab edilirdi ki, sümük toxumasının möhkəmlənməsi üçün əsas mənbə kalsiumdur.
News24.az “Rora.ru” saytına istinadla xəbər verir ki, sən demə, təkcə kalsium yetərli deyildir. Sümüklərin möhkəmlənməsi və inkişafı üçün kalsiumla bərabər, fosfor, maqnezium, sink, mis, vitamin, mineral maddələr, zülal və yağ turşuları lazımdır. Bu maddələr yalnız bir-biri ilə əlaqəli şəkildə heyrətamiz səmərə verir!
1.Tərəvəz (zülal, dəmir, kalsium, K və C vitaminləri mənbəyi).
Yaşıl tərəvəz, o cümlədən kələmin bütün növləri, kahı, xardal yarpağı, rukkola, cəfəri, vəzəri sümüklərin möhkəmlənməsi üçün xüsusi dəyər kəsb edir. Yalnız ispanaq istisna təşkil edir: bu bitkilərin tərkibində kifayət qədər kalsiumla yanaşı, kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə mane olan maddələr – oksalatlar var. Sümüklərin möhkəm olması üçün yerkökü, yunan qabağı və hətta palıd qozası da yemək olar! Kalsiumla zəngin xardal toxumları, çiy kərəviz və brokkoliyə də geniş yer verilməlidir.
2.Zülal tərkibli yemək (heyvan mənşəli məhsullar, paxlalılar, soya)
Uzun müddət hesab edilirdi ki, heyvanmənşəli məhsullardan ibarət rasionosteoporozun inkişafına şərait yaradır.Amma elmi şəkildə sübuta yetirilib ki, bu fərziyyə yanlışdır. Başlıcası budur ki, rasion maksimum tarazlaşdırılmış, yeyilən məhsullar isə təzə və orqanik olsun.
3.Bulyonlar (mineral mənbəyi)
Bulyonda bişirmək xörəklərin, xüsusən, şorba, qovurma, paxlalı bitki və hətta sousların bəsləyici dəyərini artırmağın ənənəvi üsuludur. Məsələ bundadır ki, sümük və tərəvəz vam odda uzun müddət bişiriləndə onların tərkibindəki külli miqdarda minerallar mayeyə keçir. Nəticədə belə yeməklər çox bəsləyici olur.
4.Kəpəkli taxıl (maqnezium mənbəyi)
Qəhvəyi düyü, kəpəkli buğda, arpa, çovdar, yulaf, darı, yemlik taxıl, amarant, sirkən, qaratərə və qarabaşaq kimi kəpəkli taxıl növləri mürəkkəb karbohidratların, sellüloz və B qrupundan mineralların zəngin mənbəyidir. Məsələ bundadır ki, kəpəkli taxıl kalsiumun bir şəkildən başqa şəklə keçməsinə kömək edən maqnezium mənbəyidir.
5.Mikroelementlərlə zəngin məhsullar.
Qoz-fındıq və toxumların bir sıra üstünlükləri var. Gündə cəmi bir ovuc qoz-fındıq yesəniz, sümükləriniz sağlam və möhkəm olar.