DİQQƏT! Şəhərin mərkəzində YOL BAĞLANIR
    • 17-09-2019, 12:12
    • 777

DİQQƏT! Şəhərin mərkəzində YOL BAĞLANIR

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, bu üzdən sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.