Maserati qəzası barədə bəzi detallar məlum olub Sürücü kimdir?
    • 18-09-2019, 02:39
    • 1 149

Maserati qəzası barədə bəzi detallar məlum olub Sürücü kimdir?

Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında baş verən qəzanın təfərrüatı məlum olub.

News24.az xəbər verir ki, “Dədə Qorqud” parkının yaxınlığında hərəkətdə olan 10 GN 002 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vuraraq ağır xəsarət yetirib.

Sürücü dostunun “Maserati” markalı minik avtomobili ilə yaralını xəstəxanaya çatdırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada keçinib.

Avtomobilin Elvin adlı şəxsə məxsus olduğu bildirilir.