Nərimanovda zəncirvari qəza Avtomobillər bir-birinə çırpıldı
    • 24-07-2019, 01:05
    • 883

Nərimanovda zəncirvari qəza Avtomobillər bir-birinə çırpıldı

Nərimanov rayonunda 3 avtomobil toqquşub.


News24.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.

Əsgərov İsmayıl Akif oğlu idarə etdiyi “Subaru” markalı minik avtomobili ilə prospektlə metronun “Koroğlu” istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil arakəsməni aşaraq əks yola çıxıb. Bu zaman əks yolla hərəkətdə olan Nizami Hüseynovun idarə etdiyi “Mercedes” və sürücüsünün şəxsiyyəti məlum olmayan “Hyundai” markalı minik avtomobillərinə çırpılıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.