“BMW” çaya aşdı - Sürücü öldü, anası xəsarət aldı
    • 2-11-2019, 20:50
    • 1 160

“BMW” çaya aşdı - Sürücü öldü, anası xəsarət aldı

İsmayıllıda minik avtomobili yoldan çıxaraq aşıb, ölən və xəsarət alan var.
News24.az xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb.
İsmayıllı şəhər sakini 1993-cü il təvəllüdlü Əmirzadə Əmralı Ağasəməd oğlu idarə etdiyi 90-SR-979 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çay yatağına aşıb.
Hadisə zamanı sürücü Əmralı Əmirzadə və anası, 1963-cü il təvəllüdlü Əmirova Cəmilə Nəcməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Ə.Əmirzadə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.