DİN: Ötən gün yol qəzalarında 7 nəfər ÖLÜB
    • 18-09-2019, 10:41
    • 510

DİN: Ötən gün yol qəzalarında 7 nəfər ÖLÜB

2019-cu il sentyabr ayının 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
      
DİN-in Mətbuat Xidmətindən News24.az- a  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.
  
Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
    
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
  
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.