Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı
    • 26-04-2024, 18:31
    • 230

Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı

“Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu ərazisindəki hissəsində delimitasiya prosesi texniki nöqteyi-nəzərdən başa çatıb".

News24.az xəbər verir ki, bu barədə Ermənistan Parlamenti Müdafiə Komitəsinin sədri Armen Xaçatryan açıqlayıb.

"Texniki cəhətdən tamamlanıb, bu o deməkdir ki, Almatı bəyannaməsinə əsasən Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə qeydə alınıb və bir daha təsdiqlənib. Başqa sözlə, bu sütunlar Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhəd-keçid məntəqələrində quraşdırılıb", - Xaçatryan qeyd edib.