Bakıda məşhur dönərxanada 5 nəfər ZƏHƏRLƏNDİ
    • 18-09-2019, 18:24
    • 1 264

Bakıda məşhur dönərxanada 5 nəfər ZƏHƏRLƏNDİ

Bakıda “Bir-iki dönər” adlı məşhur dönərxanada baş verən zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırma aparır.

AQTA-dan News24.az-a verilən məlumata görə, 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında adıçəkilən ictimai iaşə müəssisəsində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “İctimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, Bakıda 5 nəfər qida zəhərlənməsi ilə bağlı təcili tibbi yardıma müraciət edib. Zəhərlənməyə ilkin səbəb kimi onların məşhur ictimai iaşə obyektində dönər yeməsi ehtimal olunur.