"12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı araşdırma başlanıb" - AQTA
    • 26-06-2019, 13:06
    • 1 733

"12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı araşdırma başlanıb" - AQTA

İyunun 25-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, "Maşın bazarı" adlanan ərazidə satılan dönərdən baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.

Agentlikdən News24.az-a məlumata görə, ilkin məlumatlara əsasən, qeyd olunan ərazidə vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus dönər satışı məntəqəsindən dönər alıb qidalanan 12 nəfər şəxsdə bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və zəhərlənmənin konkret səbəblərini müəyyənləşdirmək üçün nümunələr aidiyyəti üzrə laboratoriyaya göndərib.