-
- 19-09-2019, 09:40
- 1 200
"Eurovision" geyimim tərin, çirkin içindədir, üstünə şampan tökülüb..."
Ötən gün mediada "Eurovision 2011"-in qalibləri Eldar Qasımov və Nigar Camalın səhnə geyimlərinin Milli Azərbaycan Tarix Muzeyində saxlanılacağı barədə xəbər yayılıb. Cütlük bu barədə "İnstagram"da məlumat veriblər. Ell və Nikki birgə şəklinin yer aldığı markanın da müzeydə yerləşdiriləcəyini bildiriliblər.
Daha sonra isə aparıcı Ranar Musayev sosial şəbəkədə paylaşım edərək hər kəsi təəcüübləndirib. O, iddia edib ki, "Eurovision" mahnı müsabiqəsini tərənnüm edən qalib mikrafonu "İctimai TV" şəxsi muzeyində saxlayır və hələ də Tarix Muzeyinə təhfil verməyib.
News24.az-a açıqlama verən Eldar Qasımov bildirib ki, mikrafon həqiqətəndə İTV-dədir:
"Televiziya ilə hələki danışıqlarımız olmayıb. Müsabiqədən sonra İTV mikrafonu alıb, xatirə kimi şəxsi muzeyində saxlayır. Lakin biz Nigar ilə istərdik ki, mikrafon məhz Tarix Muzeyində olsun və orada nümayış olunsun. Ona görə də bu, yaxınlarda Balakişi müəllim ilə danışacayıq və ümid edirəm ki, billur qalib mikrafon təntənəli şəkildə Tarix Muzeyinə təhfil veriləcək. Hər il qalibə yeni mikrafon hazırlanılır, xüsusi nişanı ilə".
Qasımov onu da vurğuladı ki, onun səhnə geyimi hələ də, özündədir:
"Tarix Muzeyində təmir işləri bitəndən sonra o, dövrə aid olan əşyaları muzeyə təhfil verməklə bağlı danışıqlar aparacayıq. Şəxsi geyimlərimizdən hələki ayrıla bilmirik. Səhnə geyimim çirkin, tərin içindədir, üstünə şampan tökülüb, onu yumamışam. Ona görə də, bu addımı ata bilmərəm. Muzeyin əməkdaşları bizi dərhal başadüşdülər. Hələki ancaq şəxsi imzalarımızın yer aldığı açıqça müzeydə yerləşdiriləcək. Təşəkkürümü bildirirəm bizi orada görmək istəyən insanlara".
Sevda Bayramova