Nigar və Eldarın geyimləri müzeydə sərgilənəcək:
    • 17-09-2019, 17:54
    • 1 678

Nigar və Eldarın geyimləri müzeydə sərgilənəcək: "Biz Azərbaycanın tarixiyik" - VİDEO

"Eurovision 2011" qalibləri Eldar Qasımov və Nigar Camalın səhnə geyimləri Milli Azərbaycan Tarix Muzeyində saxlanılacaq.

News24.az xəbər verir ki, bu barədə Nigar Camal məlumat verib. O, həmkarı ilə birgə şəklinin yer aldığı markanın da müzeydə yerləşdiriləcəyini bildirib. O, paylaşımını "Biz Azərbaycanın tarixiyik" sözləri ilə şərh edib.