İranda azərbaycanlı modelyerə qarşı dələduzluq – PULLARI OĞURLANDI
    • 19-09-2019, 17:35
    • 1 000

İranda azərbaycanlı modelyerə qarşı dələduzluq – PULLARI OĞURLANDI

Tanınmış modelyer Şəlalə Maqsudovaya qarşı dələduzluq edilib.

Bu barədə News24.az-a Ş.Maqsudovanın özü məlumat verib. O, valyuta mübadiləsi zamanı aldadılıb: “Gömrüyü keçən kimi pulu dəyişdik. Sən demə, dələduzlardan ibarət qrupuymuş. Hər ikisi bizi bank işçiləri olduqlarına inandırırlar. İnsanları bu yolla aldadırlar. Doqquz yüz manat pulu dəyişmək istədim. O məbləğin əvəzində mənə 500 manat əskik pul verildi. Eyni zamanda yanında olan digər xanımı da aldadıblar. Bu barədə mənə sonradan dedilər.

İrana ilk dəfə gələnlərə müraciət edirəm. Burada gün ərzində ən azı 8 nəfər aldadılır. Ehtiyyatlı olun”.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Şəlalə Maqsudova Azərbaycanın İrandakı səfitliyinə müraciət etmək istəsə də, səfirliyin telefonuna cavab verən olmayıb. O, dələduzluqla bağlı polis idarəsinə şikayət edib.