İdealistlər materialistlərdən daha xoşbəxtdirlər
    • 19-09-2019, 21:12
    • 707

İdealistlər materialistlərdən daha xoşbəxtdirlər

Materialistlər arasında sosial münasibətlərin keyfiyyəti aşağı olur.
News24.az xəbər verir ki, Kolorado Universitetinin professoru Yan Bouven hesab edir ki, idealistlər materialistlərdən daha xoşbəxtdirlər. Maddi mülkiyyətə vəsait yatıran insan mənəviyyatını zənginləşdirən insandan xoşbəxt ola bilməz. Buna baxmayaraq, maddi cəhətdən varlı adamlar daha populyar olurlar.
Belə hesab olunur ki, sabit maddi durum sosial münasibətləri yaxşılaşdırır. Lakin həyatda bunun əksi müşahidə edilir. Materialistlər arasında sosial münasibətlərin keyfiyyəti aşağı olur. Belə adamlar yaxşı, sadiq dostlar qazana bilmirlər. Halbuki, keyfiyyətli sosial münasibətlər xoşbəxtliyin və sağlamlığın rəhnidir.