-
- 17-01-2020, 16:26
- 1 474
"Depressiyadan əziyyət çəkənlərin intihar etməməsi üçün..." - Fuad İsmayılov
"Depressiya xəstələrində ürək çatışmazlığı və ürək problemləri riski ümumi populiyasiyadan demək olar ki, 10 dəfə çox olur".
News24.az xəbər verir ki, bunu "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi" mövzusuna həsr olunan elmi-praktiki konfransda Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib.
Onun sözlərinə görə, kordioloji problemləri olan insanlarda normal sağlamlığı olan insanlara nisbətən həm depresiya, həm təşvişli pozuntular, həm stresslə bağlı pozuntular daha çox olur:"Bəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Depressiyanın çox aydın şəkildə özünü göstərən əlamətləri var. Depressiyada olan insanlarda ruh düşkünlüyü ən azı 2 həftədən çox müşahidə edilməlidir. Əgər insanda bir neçə gün davam edirsə, belə şəxslərə depressiya diaqnozu qoyula bilməz".
F.İsmayılov onu da əlavə edib ki, depressiya hissi olan insanlarda maraq, zövq hissi azalır, enerjisi tükənir:"Depressiya zamanı ya yuxusuzluq, ya da yatmağa meyillilik ola bilər. İştahın artması və ya azalması, ümumi aktivliyin artması və ya azalması, ola bilər. Belə insanların intihar etməklə bağlı fikirləri də olur. Depressiya çox ciddi xəstəlikdir. Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası dünya ölkərində olduğu kimidir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da depressiyadan əziyyət çəkənlərin sayında artım müşahidə olunur". F.İsmayılov depressiyadan əziyyət çəkənlərin intihar etməməsi üçün vacib olan bir neçə şərti diqqətə çatdırıb:"İlk növbədə pozitiv düşüncənin olması, insanlarla müsbət səmimi münasibətlərin qurulması, pozitiv insanlarla münasibətin qurulması və həkimə vaxtında müraciət edilməsi gərəkdir. Depressiya qadınlar arasında daha çox müşahidə edilir. Bu, qadınların daha emosional cəhətdən daha həssas olması, kişilərə nisbətən qadınların daha məsuliyyətli olmasıdır. Digər tərəfdən qadınlar kişilərə nisbətən daha tez çox zorakılığa məruz qalırlar. Məsələn, ailə dağıldıqda kişi bunu faciə kimi qəbul etmir, amma bu qadın üçün çox çətin olur".
Afaq Mirayiq